...

SOCAR Ceyhan limanından 8 mln. tondan artıq xam neft ixrac edib

Energetika Materials 3 İyul 2017 17:37 (UTC +04:00)
SOCAR iyun ayında Novorossiysk limanından 159 min 826 ton, Supsa limanından 176 min 139 ton, Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edib.
SOCAR Ceyhan limanından 8 mln. tondan artıq xam neft ixrac edib

Bakı. Trend:

SOCAR iyun ayında Novorossiysk limanından 159 min 826 ton, Supsa limanından 176 min 139 ton, Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 315 min 184 ton, Ceyhan limanından 8 milyon 126 min 315 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti