...

Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi ucuzlaşdı

Energetika Materials 8 Sentyabr 2017 23:28 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi ucuzlaşdı

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,15 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 51,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti