...

AİB Azərbaycana 1,5 milyard dollardan çox kredit ayırmağa hazırdır

Energetika Materials 27 Sentyabr 2017 11:54 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 2018-2020-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes planı təsdiq edib.
AİB Azərbaycana 1,5 milyard dollardan çox kredit ayırmağa hazırdır

Bakı. Maksim Tsurkov - Trend:

Asiya İnkişaf Bankı (AİB) 2018-2020-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes planı təsdiq edib.

Trend-in bu barədə banka istinadən məlumat verir.

2018-2020-ci illərdə Azərbaycan AİB-dən vəsaitləri adi kapital ehtiyatlar şəklində alacaq. 3 il ərzində AİB tərəfindən kreditləşmə proqramının təxmini dəyəri 1,6 milyard dollar təşkil edəcək. Azərbaycan hökumətinin iştirak payını nəzərə almaqla layihələrin ümumi dəyəri 1,985 milyard dollara bərabərdir.

AİB-in vəsaitləri su (infrastruktur), nəqliyyat (avtomobil və dəmir yolu), enerji və dövlət sektorunun idarə olunması layihələrinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti