...

Azərbaycan nefti bu gün neçəyə satılıb?

Energetika Materials 9 Noyabr 2017 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 65,81 dollar/barel təşkil edib.
Azərbaycan nefti bu gün neçəyə satılıb?

Bakı. Ənvər Məmmədov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 65,81 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,42 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 65,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 8-də 61,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 8-də 64,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti