...

"SOCAR Trading" Kanadadakı ofisini bağlayır

Energetika Materials 10 Noyabr 2017 10:51 (UTC +04:00)
"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.
"SOCAR Trading" Kanadadakı ofisini bağlayır

Bakı. Maksim Tsurkov - Trend:

"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi şirkətin məktubuna istinadən məlumat yayıb.

Məlumata görə, şirkət növbəti 3-4 ay ərzində bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürəcək.

Qeyd edək ki, "SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.

Xəbər lenti

Xəbər lenti