Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan noyabrın 30-da Vyanada keçiriləcək OPEK Nazirlər Şurasının 173-cü iclasına rəsmi dəvət alıb.
Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan bu dəvəti nəzərdək keçirmək və iclasda iştirakı razılaşdırmaq niyyətindədir.
Qeyd edək ki, iclasda neft hasilatının azaldılması barədə OPEK+ sazişinin icra olunması, istehsalat kvotalarının artırılması və sazişin müddətinin uzadılması məsələləri müzakirə olunacaq.