...

SOCAR ekoloji pozuntulara görə cərimələnməyib

Energetika Materials 27 Noyabr 2017 13:01 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlindən ekoloji pozuntulara görə bir dəfə də cərimələnməyib
SOCAR ekoloji pozuntulara görə cərimələnməyib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlindən ekoloji pozuntulara görə bir dəfə də cərimələnməyib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın ekologiya idarəsinin rəhbəri Azər Əliyev Bakıda keçirilən “Oil Spill Control Caspian: Dənizdə və quruda neft dağılmaları” V praktiki konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, SOCAR müntəzəm olaraq ekoloji monitorinqlər keçirir:

“Son illərin monitorinqlərinin nəticələrinin təhlili aparılır, dinamika öyrənilir, zərurət olduqda tədbirlər görülür. Bu il heç bir ekoloji pozuntu qeydə alınmayıb, buna görə də SOCAR bir dəfə də cərimə olunmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti