...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 1 Dekabr 2017 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 64,49 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 64,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,01 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 63,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 30-da 60,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 30-da 63,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti