...

İcraçı direktor: TAP layihəsinə hər hansı dəyişiklik istisnadır

Energetika Materials 19 Dekabr 2017 15:34 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinə hər hansı dəyişiklik edilməsi istisna olunur.
İcraçı direktor: TAP layihəsinə hər hansı dəyişiklik istisnadır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinə hər hansı dəyişiklik edilməsi istisna olunur.

Trend-in məlumatına görə, bunu TAP-ın tikintisi üzrə konsorsiumun icraçı direktoru Luka Skiepatti deyib.

Qaz kəmərinin sahilə çıxış nöqtəsinə mümkün dəyişikliyə gəlincə, L.Skiepatti bildirib ki, İtaliyanın Apuliya bölgəsi bunun üçün ən yaxşı variantdır:

"Biz 11 alternativ çıxış nöqtəsini qiymətləndirmişik. Apuliya regionu ətraf mühitə minimum təsir baxımından ən yaxşı variantdır".

İcraçı direktor qeyd edib ki, boru kəməri layihəsi bundan artıq dəyişdirilə bilməz: "Bu, tikintiyə icazə verilməsi prosesinin yenilənməsinə gətirib çıxara bilər ki, bu da 4 il geriyə qayıtmaq deməkdir".

O əlavə edib ki, TAP-ın inşası prosesində zeytun ağaclarının yerinin dəyişdirilməsi üzrə işlər ətraf mühitin mühafizəsi qaydalarına uyğun aparılır və tikinti işləri başa çatdıqdan sonra əvvəlki yerlərinə qaytarılacaq.

L.Skiepatti bildirib ki, TAP boru kəmərinin inşası işləri İtaliyada turizmin inkişafına mane olmayacaq: "Tikinti işləri iyulun ortalarından avqustun sonunadək dayandırılacaq. Məhz bu müddət turizm mövsümü üçün daha vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti