...

Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Energetika Materials 27 Dekabr 2017 08:45 (UTC +04:00)
Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakı. Trend:

Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Azərişıq ASC-dən Trend-ə verilən məlumata görə, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Xəbər lenti

Xəbər lenti