...

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Energetika Materials 27 Yanvar 2018 17:36 (UTC +04:00)
Göyçay rayonunun Çaxırlı kəndinə təbii qaz verilib.
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti