...

Hesabat: Azərbaycan Böyük Britaniyanın neft-qaz proqramının reallaşmasında uğurlu ölkələrdən biridir

Energetika Materials 4 Fevral 2018 15:55 (UTC +04:00)
2016-2017-ci illərdə Böyük Britaniya hökuməti Azərbaycanda “Oil&Gas High Value Campaign” (HVC) proqramının reallaşdırılması çərçivəsində 1,3 milyard funt sterlinq ayırıb
Hesabat: Azərbaycan Böyük Britaniyanın neft-qaz proqramının reallaşmasında uğurlu ölkələrdən biridir

Bakı. Azad Həsənli - Trend:

2016-2017-ci illərdə Böyük Britaniya hökuməti Azərbaycanda "Oil&Gas High Value Campaign" (HVC) proqramının reallaşdırılması çərçivəsində 1,3 milyard funt sterlinq ayırıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Beynəlxalq Ticarət Departamentinin Azərbaycanda işləmək niyyətində olan şirkətlər üçün nəzərdə tutulmuş "Overseas Business Risk – Azerbaijan" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının ən böyük sahəsidir və bu səbəbdən Böyük Britaniya hökumətinin Beynəlxalq Ticarət Departamentinin diqqətini cəlb edir: "Azərbaycan HVC proqramının reallaşdırıldığı ikinci ölkədir. 2015-ci ilin oktyabrından bu proqramın dəstəklənməsi üçün Beynəlxalq Ticarət Departamenti Azərbaycan İqtisadiyyat Nazirliyi, BP və SOCAR şirkətləri ilə birgə iki ölkə arasında tərəfdaş proqramını icra edir. Tərəfdaş proqramının reallaşdırılması nəticəsində 65 tərəfdaş sazişi imzalamaq mümkün olub".

Neft-qaz sektorundan əlavə Beynəlxalq Ticarət Departamenti Azərbaycanda səhiyyə, təbii ehtiyatların hasilatı, bərpa olunan enerji, kənd təsərrüfatı, turizm və təhsil səviyyəsində iştirak etməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti