...

Avstraliya şirkəti AÇG-də yeni platformanın tikintisi çərçivəsində müqavilə bağlayıb

Energetika Materials 8 Fevral 2018 10:34 (UTC +04:00)
Avstraliya şirkəti AÇG-də yeni platformanın tikintisi çərçivəsində müqavilə bağlayıb.
Avstraliya şirkəti AÇG-də yeni platformanın tikintisi çərçivəsində müqavilə bağlayıb

Bakı. Maksim Tsurkov - Trend:

Avstraliyanın "Benthic" şirkəti Xəzər dənizində, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" iri neft-qaz yatağında yeni platformanın qurulması üçün nəzərdə tutulan yerdə geotexniki tədqiqat işlərinin aparılması ilə bağlı müqavilə bağlayıb.

Bu barədə Trend şirkətə istinadən məlumat verir.

Müqaviləyə əsasən, "Benthic" ilin birincü rübündə "Topaz Caspian Supporter" gəmisindən geotexniki işləri yerinə yetirəcək.

Müqavilənin dəyəri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti