...

TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk qazın nəql olunacağı dəqiq tarix açıqlandı (YENİLƏNİB)

Energetika Materials 16 Fevral 2018 15:23 (UTC +04:00)
TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk qazın nəql olunacağı dəqiq tarix açıqlandı.
TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk qazın nəql olunacağı dəqiq tarix açıqlandı (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Transanadolu boru kəməri (TANAP) vasitəsilə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından ilk qaz Türkiyəyə bu il iyunun 3-da nəql olunacaq.

Trend-in məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu il "Şahdəniz" yatağından əlavə olaraq 2 milyard kubmetr qaz hasil etmək planlaşdırılır:

"Cari ildə əlavə olaraq hasil edilən 2 milyard kubmetr qazın ixracı ilə bağlı müqaviləmiz var. İxrac həcmi ildən-ilə artırılacaq. İlk qaz TANAP-a iyunun 30-da vurulacaq. İlin ikinci yarısında "Şahdəniz 2" çərçivəsində yeni platformadan ilk qaz bu sistemlə nəql olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti