...

Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib

Energetika Materials 23 May 2018 15:56 (UTC +04:00)
Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib

Bakı. Trend:

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin, habelə qazın qiymətlərinin (tariflərinin) bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, ölkədə enerji sahəsində vahid qiymət (tarif) siyasətinin formalaşdırılması məqsədilə İqtisadi təhlil, tarif və statistika şöbəsinə aparıcı analitik vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, sənəd qəbulu 15 iyun 2018-ci il tarixinədək davam edəcək.

Namizədlərin iqtisadiyyat və idarəetmə, tətbiqi riyaziyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsilə, tarif tənzimlənməsi məsələləri ilə bağlı hüquqi biliyə, ixtisası üzrə azı 4 il iş təcrübəsinə və 28-50 arası yaş həddinə malik olması tələb edilir.

Qeyd edək ki, vakant vəzifələrlə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan” bölməsinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti