...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Energetika Materials 29 İyun 2018 23:39 (UTC +04:00)
Azərbaycan nefti cüzi ucuzlaşıb.
Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 78,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 28-də 74,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 28-də 75,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti