...

Azərbaycan nefti yenə ucuzlaşıb

Energetika Materials 18 İyul 2018 23:20 (UTC +04:00)
Azərbaycan nefti yenə ucuzlaşıb.
Azərbaycan nefti yenə ucuzlaşıb

Bakı. İlkin Şəfiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 73,34 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 72,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 17-də 68,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 17-də 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti