...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Energetika Materials 25 İyul 2018 23:28 (UTC +04:00)
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 75,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 74,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 24-də 70,85 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 24-də 73,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti