...

SOCAR-AQS Banqladeşdə neft-qaz quyuları qazacaq

Energetika Materials 26 İyul 2018 12:39 (UTC +04:00)
Azərbaycanın SOCAR-AQS dövlət şirkəti Banqladeşdə neft-qaz quyularının qazılması işləri ilə bağlı tenderin qalibi olub.
SOCAR-AQS Banqladeşdə neft-qaz quyuları qazacaq

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın SOCAR-AQS dövlət şirkəti Banqladeşdə neft-qaz quyularının qazılması işləri ilə bağlı tenderin qalibi olub.

Trend-in məlumatına görə, bunu SOCAR-AQS-ın baş direktoru Ramin İsayev deyib.

R.İsayev deyib: "İşlər uğurla davam edir. Artıq işlərin ilk iki fazasını həll etmişik. İşlərin tam başa çatması üçün 45-50 gün lazımdır".

Onun sözlərinə görə, layihənin dəyəri 35 milyon dollar təşkil edir.

Qeyd edək ki, şirkət 2007-ci ildə yaradılıb.

Hazırda müəssisə "Günəşli", "Qərbi Abşeron", "Ümid" və "Bulla" dəniz yataqlarında qazma işləri aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti