...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 3 Avqust 2018 23:24 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 70,21 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 2-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti