Bakı. İlkin Şəfiyev - Trend:
Azərbaycanın xarici neft-qaz şirkətləri ilə əməkdaşlıqda qazandığı təcrübədən alternativ enerji sahəsində istifadə oluna bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VII Beynəlxalq "Caspian Energy 2018" forumunda bildirib.
Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən istifadə üçün hazırda qanunverici baza yaradılır:
"Bu sahəyə özəl sektorun, xarici investisiyaların cəlbi və rəqabətqabiliyyətli mühitin yaradılması üçün islahatlar davam etdirilir".