...

Əli Kardor: İran neft hasilatını azaltmayacaq

Energetika Materials 1 Oktyabr 2018 16:38 (UTC +04:00)
ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, İran neft hasilatını azaltmağı planlaşdırmır
Əli Kardor: İran neft hasilatını azaltmayacaq

Bakı. Trend:

ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq İran neft hasilatını azaltmağı planlaşdırmır.

Trend-in məlumatına görə, bunu İran Milli Neft Şirkətinin rəhbəri Əli Kardor deyib.

O bildirib ki, İran hasilatı tam qüvvəsi ilə davam etdirəcək və neft satışı ilə bağlı vəsaitlərin alınması zamanı problemlərlə üzləşməyəcək:

“İran Xarici İşlər Nazirliyinin Avropa İttifaqı ilə saziş imzalanması üçün atdığı bütün səylər bu bu problemin həll olunması üçün yönəlib”.

Qeyd edək ki, ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyalar noyabrın 4-dən qüvvəyyə minəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti