...

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

Energetika Materials 10 Oktyabr 2018 17:56 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək
ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti deyib.

C.Kent qeyd edib ki, bəzi ölkələr enerji amilini silah kimi istifadə edir:

““Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti