...

Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib (FOTO)

Energetika Materials 11 Oktyabr 2018 12:45 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin iştirakı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib.
Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin iştirakı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, seminarda qeyri-formal məşğulluğun qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin işinin səmərəli təşkil edilməsi və komitələrin dövlət qurumları ilə əməkdaşlığı barədə müzakirələr aparılıb. Qeyri-rəsmi məşğulluğa dair hesabat formalarının tətbiqi qaydası, qiymətləndirmə meyarları barədə maarifləndirmə işlərinin həyata keçirildiyi bildirilib.

Tədbirdə qeyri-formal məşğulluğun iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələndiyi vurğulanıb. Qeyd edilib ki, hər bir işəgötürən bunu nəzərə alaraq, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-formal məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti