...

OPEK+ bazarda balans üçün neft hasilatını daha çox azalda bilər

Energetika Materials 24 Dekabr 2018 01:47 (UTC +04:00)
OPEK+ ölkələri daha əvvəl səsləndirilən yeni neft hasilatı üzrə qərarı diqqətlə nəzərdən keçiriblər, lakin zəruri olduqda alyans sazişin fəaliyyət müddətini uzada bilər və ya neft hasilatını daha çox azalda bilərlər
OPEK+ bazarda balans üçün neft hasilatını daha çox azalda bilər

Bakı. Trend:

OPEK+ ölkələri daha əvvəl səsləndirilən yeni neft hasilatı üzrə qərarı diqqətlə nəzərdən keçiriblər, lakin zəruri olduqda alyans sazişin fəaliyyət müddətini uzada bilər və ya neft hasilatını daha çox azalda bilərlər.

Trend-in məlumatına görə, bu sözləri OPEK-in prezidenti, BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui deyib.

S. əl-Mazrui bildirib: "Əgər qərarın daha 6 ay müddətinə uzadılması lazım olarsa, biz bunu edəcəyik, əgər daha çox azaltmaq lazım olarsa - biz həmişə müzakirə edirik və düşünülmüş qərara gəlirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti