Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE enerji şirkətinin Türkiyədəki aktivlərinə investisiya yatırmaqdan imtina edib.
Bu barədə Trend-ə SOCAR-dan bildiriblər.
Məlumatda deyilir ki, bu aktivlərə investisiya qoymamaq qərarı qəbul edilib:
“Amma istisna olunmur ki, biz Türkiyədə və ya digər ölkələrdə aktivlərin əldə olunması imkanlarını nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın EWE-nin Türkiyədəki törəmə şirkəti “EWE Turkey Holding”in “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji” və “Enervis” şirkətlərindəki payını satın alması ilə bağlı danışıqlar apardığı bildirilmişdi. Sövdələşmənin bu ilin birinci rübündə başa çatacağı gözlənilirdi.