...

SOCAR Kayseri ve Bursanı təbii qazla təchiz edəcək

Energetika Materials 30 Yanvar 2019 16:32 (UTC +04:00)
SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın alıb.
SOCAR Kayseri ve Bursanı təbii qazla təchiz edəcək

Bakı. Trend:

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın alıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev deyib ki, təbii qazın paylanması biznesi Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq, Azərbaycan və Türkiyəyə əlavə dəyər qazandıracaqdır.

Genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, “EWE Turkey Holding”ə daxil olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini satın almışdır. Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcəkdir. Satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan R.Abdullayev deyib:

“Azərbaycanın qlobal brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirir. Ötən il istismara verilmiş TANAP boru kəmərimiz Azərbaycandan təbii qazın nəqli üçün daha da əlverişli şərait yaratmışdır. EWE şirkətinin Türkiyədəki aktivlərinin satın alınması ilə yaradılan sinerjilər Azərbaycan və Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”.

2007-ci ildə Türkiyə bazarına daxil olan EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi. Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonundan etibarən təxminən 2.4 milyard TL-lik dövriyyəyə nail olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti