...

Fevralda OPEC+ ölkələri hasilatın azaldılması üzrə öhdəlikləri 90 faiz icra edib

Energetika Materials 18 Mart 2019 17:23 (UTC +04:00)
2019-cu il fevral ayının yekunlarına əsasən OPEC+ sazişi 90 faiz icra edilib
Fevralda OPEC+ ölkələri hasilatın azaldılması üzrə öhdəlikləri 90 faiz icra edib

Bakı. Ləman Zeynalova - Trend:

2019-cu il fevral ayının yekunlarına əsasən OPEC+ sazişi 90 faiz icra edilib. Bununla belə, bu rəqəm yanvar ayının göstəricilərindən əhəmiyyətli dərəcədə çoxdur.

Trend-in məlumatına görə, bu barədə Bakıda OPEC+ Birgə monitorinq komitəsinin yekunlarına dair mətbuat konfransında elan olunub.

Komitə 2019-cu il ərzində neft bazarı ətrafında inamsızlığın olmasına diqqət çəkib və vurğulayıb ki, OPEC+ üzv ölkələri bazarın stabilləşməsinin bərpası və istənilən disbalansın qarşısının alınması üçün məsuliyyət daşıyır.

Üzv ölkələr növbəti aylarda könüllü şəkildə neft hasilatını azaldacaqları barədə komitəyə fərdi və kollektiv şəkildə bəyanat verib.

Bundan başqa, OPEC+ nazirləri görüşünün may ayına keçirilməsi tövsiyə edilib.

Komitə həmçinin Bruney, Ekvador və Malayziyanın hasilatı azaltmaq planlarını dəstəkləyib.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti