...

İsrail və Türkmənistan gələcəkdə "Cənub Qaz Dəhlizi" üçün əlavə mənbə ola bilər - SOCAR

Energetika Materials 17 Fevral 2021 15:10 (UTC +04:00)
İsrail və Türkmənistan gələcəkdə "Cənub Qaz Dəhlizi" üçün əlavə mənbə ola bilər - SOCAR

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Gələcəkdə "Cənub Qaz Dəhlizi" üçün qaz İsrail və Türkmənistandan daxil ola bilər.

Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ABŞ-ın "Atlantic Council" analitika mərkəzinin vebinarında deyib.

O bildirib ki, hazırkı mərhələdə SOCAR əlavə bazarlara çıxışı və əlavə mənbələrdən qaz tranzitini hədəfləyir: "Biz ayrıseçkilik etmədən bir neçə mənbədən qaz tranzitinə hazırıq. "Cənub Qaz Dəhlizi"nin yekun büdcəsi 33 milyard dollar təşkil edib. Bu, 45 milyard dollarlıq ilkin büdcədən əhəmiyyətli dərəcədə azdır".

Onun sözlərinə görə, gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycanla yanaşı, Türkmənistandan da əlavə qaz ehtiyatları nəql oluna bilər: "Dostluq" yatağı ilə bağlı memorandumun imzalanmasından sonra Türkmənistanla əməkdaşlığın yeni mərhələsi "Cənub Qaz Dəhlizi"nə Mərkəzi Asiya qazının qoşulması üçün yeni imkanlar açacaq. Gələcəkdə, həmçinin İsrail də "Cənub Qaz Dəhlizi" ilə qaz nəql edən yeni mənbəyə çevrilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti