...

TANAP-la Türkiyəyə qaz tədarükü azalıb

Energetika Materials 31 Mart 2021 12:06 (UTC +04:00)
TANAP-la Türkiyəyə qaz tədarükü azalıb

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə təbii qaz tədarükü texniki səbəblərlə əlaqədar azalıb.

Trend bu barədə "Energy Exchange Istanbul"a istinadən məlumat verir.

Məlumata əsasən, təbii qaz tədarükü 2021-ci il fevralın 23-dən Azərbaycanda qaz hasilatı quyularındakı texniki nasazlıqlarla əlaqədar azalıb:

"Kəsir anbarlar, mayeləşdirilmiş təbii qaz terminalları və digər tədarük mənbələri hesabına qapadılır. Eyni zamanda şəhərlərin, təbii qazla işləyən sənaye müəssisələrinin fasiləsiz qaz təminatı təmin olunur".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti