...

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 20 faizdən çox artırıb

Energetika Materials 21 Avqust 2021 15:27 (UTC +04:00)
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 20 faizdən çox artırıb

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstan 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 505,2 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

Trend-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çoxdur.

İlin ilk 7 ayında Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı 30 faiz olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən elektrik enerjisinin tranziti 108,1 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

Twitter: @Mila61979356

Xəbər lenti

Xəbər lenti