...

Bu rayonlarda iki gün qaz olmayacaq

Energetika Materials 25 Avqust 2021 12:28 (UTC +04:00)
Bu rayonlarda iki gün qaz olmayacaq

Bakı. Trend:

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan iki gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti