...

OPEC Azərbaycanda 2022-ci il üzrə neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Energetika Materials 10 Fevral 2022 20:55 (UTC +04:00)
OPEC Azərbaycanda 2022-ci il üzrə neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin dekabrında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,75 milyon barel/sutka təşkil edib.

"Ümumilikdə, neft hasilatı əvvəlki ayla müqayisədə 6 min barel/sutka azalaraq orta hesabla 595 min barel/sutka təşkil edib. 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. 2022-ci ildə sutkada 0,08 milyon barel artım proqnozlaşdırılır", - hesabatda deyilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti