...

İtaliya TAP-la idxal olunan qazın həcmini 10 milyard kubmetrə çatdırmaq istəyir - dövlət katibi

Energetika Materials 13 Fevral 2022 17:39 (UTC +04:00)
İtaliya TAP-la idxal olunan qazın həcmini 10 milyard kubmetrə çatdırmaq istəyir - dövlət katibi

Bakı. Trend:

Trans-Adriatik (TAP) boru kəməri ilə İtaliyaya idxal olunan təbii qaz həcmlərini illik 10 milyard kubmetrə çatdırmaq istəyirik.

Trend xəbər verir ki, bu sözləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü vəziyyət məni bu fikirləri deməyə vadar edir - xoşbəxtlikdən TAP var”, - deyə o bildirib.

Manlio Di Stefano deyib: “Biz TAP boru kəməri ilə təbii qaz tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur”.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabr ayında başlayıb. Bu vaxtadək boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti