...

Azərbaycan Avropaya qaz tədarükünün artırılması üçün kifayət qədər ehtiyatlara malikdir - Nazir müavini

Energetika Materials 17 Fevral 2022 16:40 (UTC +04:00)
Azərbaycan Avropaya qaz tədarükünün artırılması üçün kifayət qədər ehtiyatlara malikdir - Nazir müavini

Bakı. Trend:

Azərbaycan Avropaya qaz tədarüklərinin artırılması üçün kifayət qədər ehtiyatlara malikdir, amma neft bazarından fərqli olaraq, qaz ixracının artırılması yalnız istelakçılar tərəfindən konkret müraciətlər və imzalanan razılaşmalar əsasında baş verir.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov "Anadolu" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, strateji yanaşma olmadan neft və qazla bağlı tələb və təklifi balanslaşdırmaq çətin olur.

"Yeni yataqda hasilatın başlaması üçün 6-7 il vaxt tələb olunur. Bundan başqa, həm də mövcud yataqlarda infrastrukturun dəstəklənməsi üçün investisiyalar lazım olur. Ona görə də hər şeyi hesablamaq və məsələyə strateji yanaşmaq lazımdır. Koronavirus pandemiyası bu hesabları pozdu, qeyri-müəyyənlik formalaşdırdı", - deyə nazir müavini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti