...

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycana təşəkkür edib

Energetika Materials 2 Mart 2022 13:38 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Azərbaycana təşəkkür edib.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

"Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru F.Birol ilə telefon danışığında enerji bazarında mövcud durumu müzakirə etdik.

F.Birol enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti