...

Azərbaycan qaz tədarükünün artırılması üçün Aİ və digər maraqlı tərəflərlə dialoq aparır - Nazir

Energetika Materials 12 Mart 2022 16:25 (UTC +04:00)
Azərbaycan qaz tədarükünün artırılması üçün Aİ və digər maraqlı tərəflərlə dialoq aparır - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan uzun müddətdir ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsini planlaşdırır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində enerji təhlükəsizliyi mövzusunda panel müzakirəsi zamanı deyib.

"Birincisi, Azərbaycanın şelfdə nəhəng qaz ehtiyatları var: 2,6 trilyon kubmetr kəşf olunmuş ehtiyatlar. Bu, növbəti 100 il ərzində Türkiyə və Avropadakı tərəfdaşlarımızın təbii qazla təmin olunması üçün kifayətdir. Əgər bütün maraqlı tərəflər toplansa, Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə qərar qəbul etmək olar. TANAP-ın illik buraxılış gücünü 31 milyard kubmetrədək, TAP-ı 20 milyard kubmetrədək artırmaq mümkündür. Bu, ortamüddətli perspektivdə həyata keçirilə bilər", - deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, qaz nəqlinin həcminin artırılması üçün detallı planlaşdırma, Aİ, Türkiyə və digər maraqlı tərəflərlə dialoq tələb olunur və artıq bu istiqamətdə işlər görülür.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti