...

TAP bu gün tam nəql gücünə çatmağa qadirdir – İcraçı direktoru

Energetika Materials 17 Mart 2022 14:18 (UTC +04:00)
TAP bu gün tam nəql gücünə çatmağa qadirdir – İcraçı direktoru
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) hazırda illik 10 milyard kubmetr tam buraxılış gücünə çatmağa qadirdir.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

"Biz həm də qısamüddətli hərraclar vasitəsilə əlavə güclər əlavə edə bilərik", - deyə o bildirib.

Öz növbəsində, TAP-ın kommersiya direktoru Mariya Savova hesab edir ki, boru kəmərinin gücünü bazar sınaqlarının nəticələrinə əsasən 45-65 ay ərzində mərhələli şəkildə illik 20 milyard kubmetrədək çatdırmaq mümkündür.

"Bazar sınaqlarının növbəti mərhələsi 2023-cü ilin iyuluna planlaşdırılıb. Amma TAP iş cədvəlini sürətləndirə və marağın olacağı təqdirdə bazar sınaqlarını 2022-ci il ərzində başlaya bilər", - M.Savova deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti