...

Türkiyədə qaz və işıq bahalaşıb

Energetika Materials 1 Aprel 2022 10:47 (UTC +04:00)
Türkiyədə qaz və işıq bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə aprelin 1-dən etibarən təbii qaz bahalaşıb.

Trend-in məlumatına görə, bu barədə BOTAŞ şirkəti bildirib.

Qeyd olunur ki, bu gündən etibarə ölkədə yaşayış evlərinə verilən təbii qazın qiyməti 35 faiz, elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın qiyməti 44,3 faiz artırılıb.

Şirkətin məlumatında deyilir ki, Türkiyədə istehlak olunan qazın 99 faizi ölkəyə ixrac olunur.

Qeyd edək ki, son bir il ərzində Türkiyədə təbii qaz 92,8 faiz bahalaşıb.

Eyni zamanda, aprelin 1-dən etibarən Türkiyədə elektrik enerjisinin də qiyməti 20 faiz artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti