...

SOCAR Serb neft şirkətinin səhmlərinin nəzarət paketini almaq niyyəti ilə bağlı məlumatları təkzib edib

Energetika Materials 12 Aprel 2022 22:52 (UTC +04:00)
SOCAR Serb neft şirkətinin səhmlərinin nəzarət paketini almaq niyyəti ilə bağlı məlumatları təkzib edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dövlət neft şirkəti SOCAR Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaq niyyəti ilə bağlı məlumatı təkzib edir.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

"Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir", - şirkətdən qeyd olunub.

Bundan əvvəl Serbiya KİV-ləri SOCAR-ın Serbiya hökuməti ilə, eləcə də NİS-in səhmlərinin nəzarət paketinə sahib olan Rusiyanın “Qazpromneft” şirkəti ilə əlaqədə olduğunu yazıb.

Xatırladaq ki, Aİ səhmlərinin nəzarət paketi Rusiyaya aid olan üçüncü ölkə şirkətlərinə öz ərazisindən xam neftin satışına və daşınmasına qadağa qoyub.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti