...

Aİ və Azərbaycan Xəzər dənizinin təbii qazının Qərbi Balkanlara tədarükünün təmin edilməsi üzərində işləyəcəklər

Energetika Materials 18 İyul 2022 18:01 (UTC +04:00)
Aİ və Azərbaycan Xəzər dənizinin təbii qazının Qərbi Balkanlara tədarükünün təmin edilməsi üzərində işləyəcəklər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ və Azərbaycan tərəflər arasında uzunmüddətli tərəfdaşlığa və bazar qiymətləri prinsipinə əsaslanan uzunmüddətli dekarbonizasiya məqsədlərinə uyğun şəkildə Avropa İttifaqına stabil və proqnozlaşdırıla bilən təbii qaz tədarükünü təmin etmək üçün birgə işləməyi hədəfləyir.

Trend xəbər verir ki, bu barədə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”n mətnində deyilir.

Qeyd edilir ki, bu hədəf kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq tədarüklərin diversifikasiyasını artırmaq üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi şərtlərini dəstəkləmək məqsədilə Xəzər dənizinin təbii qazının Avropa İttifaqına və bəlkə də Qərbi Balkan ölkələrinə tədarükünü əhatə edir.

Tərəflər istehsalçılar, ixracatçılar və infrastruktur sahibləri üçün tələb təhlükəsizliyini, habelə idxalçılar və alıcılar üçün təchizat təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin vacibliyini vurğulayırlar. Müqavilələrin müddəti təbii qazın Avropa İttifaqının dekarbonizasiya proqramındakı roluna uyğun olmalıdır.

Tərəflər təbii qazın ikitərəfli ticarətini, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac sayəsində 2027-ci ilədək kommersiya məqsədəuyğunluğu və bazar tələbatına uyğun olaraq hər il ən azı 20 milyard kubmetr həcmində dəstəkləməyi hədəfləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti