...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 3 Avqust 2022 10:13 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 104,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 102,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti