...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 14 Sentyabr 2022 10:42 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 95,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 91,45 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti