...

Misir 10 milyard dollar dəyərində qaz satmaq niyyətindədir - Nazir

Energetika Materials 19 Sentyabr 2022 06:31 (UTC +04:00)
Misir 10 milyard dollar dəyərində qaz satmaq niyyətindədir - Nazir

Bakı. Trend:

Misir 2022-2023-cü maliyyə ilində xarici ölkələrə 8,5-10 milyard dollar dəyərində təbii qaz satmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu "Al Arabiya" telekanalına Misirin neft naziri Tarik əl-Mulla bildirib.

"İxrac üçün nəzərdə tutulan qazın həcmini artırmaq üçün elektrik enerjisi istehlakının rasionallaşdırılması üzərində işləyirik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, soyuqların başlaması ilə Misir ixrac üçün böyük həcmdə qazı mayeləşdirmə stansiyalarına göndərə biləcək. Nazir əlavə edib ki, ötən maliyyə ilində Misir 6,5 ​​milyard dollardan çox yanacaq ixrac edib.

Qeyd edək ki, Misirin təbii qaz ehtiyatları 2,2 trilyon kubmetr qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti