...

Energetika naziri Rumıniyaya gedib

Energetika Materials 21 Sentyabr 2022 13:12 (UTC +04:00)
Energetika naziri Rumıniyaya gedib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov 21-22 sentyabr tarixlərində təşkil olunacaq “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.

Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti