...

IGB-nin işə salınması Avropanın enerji tələbatının təmin olunmasında vacib mərhələdir - Rumıniya baş naziri

Energetika Materials 1 Oktyabr 2022 13:18 (UTC +04:00)
IGB-nin işə salınması Avropanın enerji tələbatının təmin olunmasında vacib mərhələdir - Rumıniya baş naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması Avropanın enerji tələbatının təmin olunmasında vacib mərhələdir.

Trend-in məlumatına görə, bunu Rumıniyanın baş naziri Nikolae Çuka öz "Facebook" səhifəsində yazıb.

"Bu, bizim böyük maraq və ümidlə gözlədiyimiz məqamdır. Bu, Rusiya qazından asılılığın azaldılması ilə bizim enerji tələbatımızın təmin olunması üzrə birgə səylərimizdə vacib mərhələdir. Bu interkonnektor vasitəsilə Azərbaycandan qaz idxalı Rumıniya və digər ölkələrin Trans-Adriatik qaz xəttinə (TAP) çıxışını təmin edəcək alternativ mənbə təqdim edir", - rumıniyalı baş nazir yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti