...

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Energetika Materials 5 Oktyabr 2022 10:08 (UTC +04:00)
Azərbaycan nefti 3 dollardan çox bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 96,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,38 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,64 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti