...

ACE platforması "Azəri-Çıraq-Günəşli"nin bütün potensialını əldə etməyə imkan verəcək

Energetika Materials 7 Oktyabr 2022 11:37 (UTC +04:00)
ACE platforması "Azəri-Çıraq-Günəşli"nin bütün potensialını əldə etməyə imkan verəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Şərqi Mərkəzi Azəri" (ACE) platforması ən müasir texnologiyalar əsasında tikilir.

Trend-in məlumatına görə, bunu ACE-in layihə meneceri Nil Filips jurnalistlər üçün mediatur zamanı deyib.

Onun sözlərinə görə, bu layihənin icrası regionumuzda müasir platforma tikintisinin nümunəsinə çevriləcək.

"Bu layihə 2050-ci ilədək 300 milyon barel neft məhsulu hasil etməyə, bir sözlə "Azəri-Çıraq-Günəşli"nin bütün potensialını əldə etməyə imkan verəcək. Bu platforma Mərkəzi və Şərqi platformalarda qaz hasilatına xidmət edəcək. ACE platforması ehtiyat boru xətti ilə təchiz ediləcək. Bundan başqa, platforma tamamilə avtomatlaşmış şəkildə işləyəcək", - deyə o bildirib.

N.Filips qeyd edib ki, bu günədək ACE platformasının 95 faizi artıq tikilib.

"Boru xətlərinin və digər mexaniki obyektlərin təxminən 62 faizi istismara verilib. Boru xətlərinin birləşdirilməsi işləri və müvafiq kompressorların qurulması davam edir. Sınaq işlərinin yerinə yetirilməsindən sonra platforma istismara veriləcək", - N.Filips deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti