...

Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb

Energetika Materials 21 Oktyabr 2022 19:00 (UTC +04:00)
Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanda təbii qazın daxili istehlakının təxminən üçdə bir hissəsi Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin olunur.

Bu barədə Trend-ə bu gün ICGB operator şirkətindən bildiriblər.

"İnterkonnektorun ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və bunun yarısından çoxu 25 illik müqavilələrlə rezerv olunub. Qalan həcmlər Avropanın iki aparıcı hərrac məkanı olan PRISMA və RBP-də təklif olunur".

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-dən istifadəyə verilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti