...

TAP buraxılış gücünün artırılması üçün bazar sınaqlarının növbəti mərhələsini işə salır

Energetika Materials 16 Noyabr 2022 12:22 (UTC +04:00)
TAP buraxılış gücünün artırılması üçün bazar sınaqlarının növbəti mərhələsini işə salır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu xəttin buraxılış gücünün artırılması üzrə öhdəlik müraciətlərinin alınması üçün bazar sınaqlarının növbəti mərhələsini işə salıb.

Trend bu barədə bu gün İtaliya mətbuatına istinadən məlumat verir.

Qeyd olunub ki, proses noyabrın 14-də işə salınıb, müvafiq təkliflər isə 2023-cü ilin yanvarında irəli sürülə bilər.

Bu proses TAP marşrutu boyunca mövcud və yeni tikiləcək birləşmə nöqtələri arasında buraxılış güclərinin uzunmüddətli paylaşdırılması və Avropaya qaz idxalı həcminin artırılmasına yönəlib. Hazırda mövcud olan birləşmə nöqtələri Kipoi, Komotini, Nea Mesimvriya, Kukove, Relievi Roskovets, Fier və Melendunyodur.

Layihə buraxılış gücünün müraciətlərdən asılı olaraq 27 milyon kubmetr/sutkayadək artırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti